Bank Of Baku

“Gürcüstan dövlətinin inkişafında milli azlıqların rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Gürcüstan dövlətinin inkişafında milli azlıqların rolu” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 13 sentyabr 2012 07:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “RİA Novosti” agentliyinin Tiflisdəki mətbuat mərkəzində “Gürcüstan dövlətinin inkişafında milli azlıqların rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanda fəaliyyət göstərən II İrakli Cəmiyyəti tərəfindən təşkil edilib. Diskussiya şəraitində keçən tədbirdə Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi və ya asanlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub, müsbət və mənfi fikirlər söylənilib.

Dəyirmi masada iştirak edən erməni icmasının həmsədri David Manusazev “erməni soyqırımı” məsələsini qaldıraraq Gürcüstan parlamentini bu məsələni tanımamaqda günahlandırıb. O , Gürcüstanda fəaliyyət göstərən “SOCAR-Georgia” şirkətinə erməni əsilli Gürcüstan vətəndaşlarının qəbul edilmədiyini söyləyib. APA-nın tədbirdə iştirak edən müxbirinin “erməni soyqırımının baş verdiyi haqda tarixi sübutlarınız varmı?” sualını könülsüz cavablandıran D. Manusazev bu barədə nənəsindən və babasından eşitdiyini vurğulayıb. “Novosti-Qruziya” agentliyinin əməkdaşı Soso Baqaşvili isə bildirib ki, Türkiyə dövləti Ermənistan tərəfə türk alimlərinin, erməni tarixçilərinin və beynəlxalq nümayəndələrin daxil olduğu komissiya yaratmağı təklif edib, birlikdə arxivləri açmağa çağırıb, lakin erməni tərəfi bunu qəbul etməyib.

Tədbirdə Gürcüstan mediasının ölkədə gedən prosesləri lazımi şəkildə işıqlandırılmadığı da vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR