Bank Of Baku

Azərbaycanın Moldovadakı səfiri bu ölkənin daxili işlər naziri ilə görüşüb

Azərbaycanın Moldovadakı səfiri bu ölkənin daxili işlər naziri ilə görüşüb
# 14 sentyabr 2012 12:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev yenidən daxili işlər naziri vəzifəsinə təyin olunan Dorin Reçan ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, D. Reçan iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını söyləyib. O, Moldovanın Azərbaycanın ərazi bütövlüyünün bərpasını arzuladığını və bunu tam dəstəklədiyini bildirib. D. Reçan iki ölkə Daxili İşlər nazirlikləri arasında yaxşı əlaqələr qurulduğunu da söyləyib.

N. Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətdən danışaraq iki ölkənin ərazi bütövlüyü ilə bağlı problemin həllinə dair təcrübə mübadiləsini vacib sayıb. O, Azərbaycanın Moldova ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğuna diqqət çəkib.

Səfir Moldova Musiqi, Teatr və Təsviri İncəsənət Akademiyasına da gedərək rektor Viktoriya Melnik ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR