Bank Of Baku

Türkiyədə İran əleyhinə etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Türkiyədə İran əleyhinə etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2012 07:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyədə yaşayan, əslən İrandan olan azərbaycanlı siyasi mühacirlərin iştirakı ilə Eskişehir şəhərində dünən İran əleyhinə yürüş-mitinq keçirilib. Bu barədə APA-ya aksiya iştirakçılarından Ağrı Qaradağlı məlumat verib.

Onun sözlərinə görə, yürüş Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Eskişehir Ülkü Ocaqları ilə birgə təşkil edilib: “İran dövlətinin orada yaşayan 35 milyondan çox azərbaycanlılara göstərdiyi siyasi təzyiqlərə və milli ayrı-seçkilik siyasətinə etiraz olaraq belə yürüş-mitinq keçirdik. Əllərimizdə Azərbaycanın, Türkiyənin və GAMOH-un bayraqları vardı. Həmçinin İranda milli və vətəndaş haqlarımızı tələb etdiyi üçün həbsdə olan tanınmış jurnalist Səid Mətinpurun və digər azərbaycanlı fəalların fotolarını, şüarların yazıldığı plakatları da nümayiş etdirdik. Tələbimiz Güney Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Urmiya gölünün süni yollarla qurudulmasının qarşısının alınması, həbsdə olan azərbaycanlı siyasi məhbusların sərbəst buraxılması, ana dilimizdə təhsil haqqımızın tanınması, zəlzələ baş vermiş Qaradağ bölgəsinə lazımi dövlət yardımın göstərilməsi idi. Çünki fəlakət bölgəsində minlərlə ev dağılıb, havalar soyusa da, insanlar hələ də çadırlarda yaşayırlar”.

A.Qaradağlı əlavə edib ki, yürüş-mitinqdə “Ankara, Bakı, Təbriz, birlikdə güclüyüz biz”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Zülm içində al qanım, Güney Azərbaycanım”, “Əhər, Heris, Vərzigan, arxandayıq hər zaman”, “Məhbuslara azadlıq” kimi milli və siyasi şüarlar səsləndirilib. Yerli media mənsublarının da iştirak etdiyi aksiyanın sonunda bəyanat oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR