Bank Of Baku

Milli Məclisin deputatı ABŞ-a səfər edəcək

Milli Məclisin deputatı ABŞ-a səfər edəcək
# 04 oktyabr 2012 15:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva “Türk xalqlarının ipək yolu festivalı” adlı konfransda iştirak etmək üçün oktyabrın 6-dan 11-dək ABŞ-ın Hyuston şəhərində səfərdə olacaq.

MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amerikalı və Avrasiyalı Türklər Şurasının təşəbbüsü ilə keçiriləcək tədbirdə 6 türk respublikası - Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın pavilyonları qurulacaq. Burada Türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, məişəti, adət və ənənələrini əks etdirən nümunələr nümayiş olunacaq, tarix və mədəniyyətimizlə bağlı fotosərgi təşkil ediləcək.

Daha sonra Q.Paşayeva oktyabrın 11-dən 18-dək İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş, “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda beynəlxalq forumun işinə qatılacaq. Q.Paşayeva konfransda müzakirə ediləcək məsələlərlə əlaqədar fikirlərini bölüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR