Bank Of Baku

Minskdə Azərbaycanın diaspor təşkilatları arasında görüş keçirilib

Minskdə Azərbaycanın diaspor təşkilatları arasında görüş keçirilib
# 14 oktyabr 2012 04:31 (UTC +04:00)
Bakı-APA. Ukraynadakı Azərbaycanın gəncləri təşkilatının sədri Anar Tahirov Belarusda fəaliyyət göstərən Azərbaycan gəncləri təşkilatının sədri Elvira İmanova, fəalları Vüsal Cəfərov, Kamal Hətəmxanov və Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri (BSU) Eleonora Hüseynovayla görüşüb. Bu barədə APA-ya Belarus Azərbaycan gəncləri təşkilatından məlumat verilib.

Görüş Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutub. Görüşdə gənclər təşkilatlarının iş birliyi müzakirə olunub. Qarabağ məsələsini Belarus ictimaiyyətinə çatdırılması, Belarus cəmiyyətinə Azərbaycan mədəniyyətinin göstərilməsi də müzakirə mövzuları arasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR