Bank Of Baku

İsraildə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

İsraildə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 oktyabr 2012 07:08 (UTC +04:00)
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“AZİZ”) tərəfindən təşkil olunan tədbirdə assosiasiyanın prezidenti, Knessetin deputatı Aleks Miller çıxış edib. “AZİZ”dən APA-ya verilən məlumata görə, təşkilatın rəhbəri bildirib ki, 18 oktyabr – Müstəqillik Günü əslən Azərbaycandan olan bütün insanlar üşün əzizi gündür: “Müstəqil, demokratik və güclü Azərbaycan İsrail dövlətinin mühüm strateji tərəfdaşıdır”.

“AZİZ”in baş direktoru Lev Spivak öz çıxışında bütün iştirakçıları təbrik edib və Rexovot şəhər şurasının deputatı Yefim Zaikinin təbrik məktubunu oxuyub. Məktubda qeyd olunur ki, bu müsəlman ölkəsi ilə inkişaf etməkdə olan dostluq əlaqələri İsrail üçün çox vacibdir.

Daha sonra toplantıda “AZİZ”in Rexovot şəhərində bölməsi təsis olunub və Roman Manaşirov bu bölmənin rəhbəri seçilib.

“AZİZ” yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycanın demokratik ənənələri, müstəqillik əldə etməsi tarixi barədə iştirakçılara məlumat verib.

Rəsmi hissə başa çatdıqdan sonra keçirilən bədii hissədə İsrailli müğənni Xava Dolev Azərbaycan xalq havalarını ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR