Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyət başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyət başlayıb
# 17 oktyabr 2012 14:07 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Komitədən APA-ya verilən məlumata görə, Mərkəz Diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanması, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması ilə məşğul olacaq. Budan başqa, Dövlət Komitəsinin sosial şəbəkələrdə səhifələrinin yaradılması, habelə diaspor mövzusu ilə əlaqədar müzakirələr təşkil edəcək.

Dövlət Komitəsinin rəsmi web-saytının təkmilləşdirilməsi, sayta gündəlik nəzarət, yeni bölmə və əlavə modulların yaradılması, o cümlədən saytın elektron xidmətlər üçün uyğunlaşdırılması mərkəzin fəaliyyət istiqamətlərindən biri olacaq.

İnformasiya Mərkəzinin əsas vəzifələri arasında elektron xidmətlərin hazırlanıb təhvil verilməsindən sonra sistemin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi, elektron xidmətlərlə bağlı müvafiq prosedurların icrasının təmin olunması, yeni elektron xidmətlərin yaradılması və bu sahədən işin gedişatına dair aylıq hesabatların tərtib edilməsi də var.

Diasporla İş üzrə Dövlət Komitəsinin “Ölkəm” jurnalının saytının idarə olunması, sayta mütəmadi olaraq xəbərlərin qoyulması da İnformasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR