Bank Of Baku

“Facebook” və “Twitter”də Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifələri yaradılıb

“Facebook” və “Twitter”də Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifələri yaradılıb
# 18 oktyabr 2012 10:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının daha operativ və əhatəli şəkildə həyata keçirilməsi məqsədilə “Facebook” və “Twitter” sosial şəbəkələrində rəsmi səhifəsini yaradıb.

Komitədən APA-ya verilən məlumata görə, bu addım Diasporla İş üzrə Dövlət Komitəsinə sosial şəbəkələrin imkanlarından bəhrələnərək yeni kommunikasiya növlərindən istifadə sayəsində ictimaiyyətin diaspor sahəsi ilə bağlı marağını maksimum dərəcədə təmin etməyə şərait yaradacaqdır.

Hazırda “Facebook” və “Twitter”dəki rəsmi səhifədə Diasporla İş üzrə Dövlət Komitəsi, onun məqsəd və vəzifələri haqqında məlumat yerləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin cari fəaliyyəti və keçirdiyi tədbir və görüşlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatların fəaliyyətinə dair xəbərlər də operativ surətdə rəsmi səhifədə əks olunur. Eyni zamanda səhifədə Dövlət Komitəsinin və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının keçirdiyi qurultay, konfrans və digər tədbirlərdən çəkilmiş fotoşəkillərdən ibarət albomlar yaradılıb, bir sıra tədbirlərin, çıxışların videoçarxları yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” və Twitter-dəki rəsmi səhifəsində bütün paylaşmalar ziyarətçilərin şərhləri, müzakirəsi üçün açıqdır.

Rəsmi Facebook səhifəsinin ünvanı: www.facebook.com/AzDiaspora

Rəsmi Twitter səhifəsinin ünvanı: www.twitter.com/DiasporaAz
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR