Bank Of Baku

Fransa Yəhudi institutları təmsilçilər Şurasının sədri Azərbaycana gəlir

Fransa Yəhudi institutları təmsilçilər Şurasının sədri Azərbaycana gəlir
# 23 oktyabr 2012 13:20 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qurumun təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq. Nümayəndə heyətinə Fransa Yəhudi İnstitutlarının Təmsilçilər Şurası (CRİF) İdarə heyətinin üzvü, QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyanın sədri Jan-Pyer Allali (Jean-Pierre Allali), müsəlmanlarla iş üzrə komissiyanın üzvü Veronik Harari (Veronique Harari), beynəlxalq münasibətlər komissiyasının üzvü Patrik Bloş (Patrick Bloch), beynəlxalq inkişaf üzrə menecer Iv Qani (Eve Gani) daxildir.

Qeyd edək ki, Fransa Yəhudilər İnstitutlarının Təmsilçilər Şurası 60-dan çox yəhudi təşkilatını əhatə edir.

Şuranın əsas prinsipləri Fransada fəaliyyət göstərən yəhudi diasporunun hüquq və maraqlarının yerli və beynəlxalq səviyyədə müdafiə və təmsil etmək, İsrail dövləti ilə həmrəylik, Yəhudi və digər millətlərin rasizmə, anti-semitizmə qarşı müdafiədən ibarətdir.
Səfər çərçivəsində oktyabrın 24-də nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Nümayəndə heyətinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, xarici işlər nazirinin müavini Xələf Xələfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirovla, Fransanın Azərbaycandakı səfirliyində görüşləri nəzərdə tutulur.

Səfərin sonunda Quba rayonunda Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri icmasının nümayəndələri ilə görüş planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR