Bank Of Baku

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 11:56 (UTC +04:00)
Bakı-APA. Bakıda səfərdə olan Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRİF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qonaqlar akademik Zərifə Əliyevanın da xatirəsini yad ediblər. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRİF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət rəsmiləri ilə görüşləri də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR