Bank Of Baku

Gürcüstanda Qurban bayramı qeyd edilib

Gürcüstanda Qurban bayramı qeyd edilib
# 25 oktyabr 2012 16:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Marneulidə şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində Qurban bayramı qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə tədbirdə tələbələr, professor və müəllim heyəti iştirak edib.

Bayram tədbirini universitetin rektoru Novruz Bayramov açaraq Qurban bayramı münasibəti ilə tələbə və müəllimləri təbrik edib. Sonra universitetin müəllimlərindən fəlsəfə elmləri doktoru Fərhad Xubanlı, Ərdahan Universitetinin müəllimi, filologiya elmləri doktoru Şurəddin Məmmədli, yazıçı Əli Abbas, tələbə Elnurə Fərəcova və başqaları Qurban bayramının tarixindən, fəzilətlərindən, Məhəmməd peyğəmbərin kəlamlarından söhbət açıblar. Sonda qurbanlar kəsilib, yerli əhaliyə Qurban payı paylandıqdan sonra tələbə və müəllim kollektivi bir süfrə arxasında toplaşıblar.

Universitetin rektoru N.Bayramov jurnalistlərə açıqlamasında Qurban bayramını sülh, əmin-amanlıq, birlik bayramı adlandırıb: «Dünya müsəlmanları kimi bu bayramı bizim kollektiv də təntənəli şəkildə qeyd edir. Bu bayram sülh bayramı olaraq bizləri həmişə birləşməyə çağırır. Bu bayramın gəlişini səbirsizliklə gözləyirik. Biz eyni zamanda gələcək nəslə öyrətməliyik ki, bu bayram həmişə qeyd olunmalı, sevilməli və ənənə davam etdirilməlidir. Bu bayramın gözəlliyi və mahiyyəti ondan ibarətdir ki, dünyanın hər yerində müharibələr, münaqişələr dayandırılır, insanlar bu bayramı birləşməklə bir masa arxasında qeyd edirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR