Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının keçmiş baş katibi Belçika Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti təyin olunub

Beynəlxalq Avropa Hərəkatının keçmiş baş katibi Belçika Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti təyin olunub
# 02 noyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Avropa Hərəkatının və Avropa Ticarət Palatasının keçmiş baş katibi Henrik Kroner Belçika Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti təyin olunub.

Belçika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, Avropa İttifaqında siyasi məruzəçi və təcrübəli analitik kimi tanınan H. Kroner bir müddət əvvəl cəmiyyətin üzvü olub. Bundan sonra qurum rəhbərliyi onun Belçikada və Avropanın siyasi dairələrindəki nüfuzunu nəzərə alaraq, qurumun sədr müavini kimi fəaliyyətini davam etdirməsini məqsədəuyğun sayıb.

H. Kroner isə bununla bağlı keçirilən yığıncaqda bildirib ki, artıq uzun illərdir Belçikada yaşayan azərbaycanlıların bir qrupu ilə təmasda olub və bu onda həmişə xoş təəssürat yaradıb. Bu səbəbdən də Azərbaycan diasporunun işində yaxından iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, Henrik Kröner 1970-ci ildə Bonn Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Avropa Ticarət Palatasının 8 il, Beynəlxalq Avropa Hərəkatının isə 9 il baş katibi olub. Hazırda Van Lüksenhof Partners şirkətinə rəhbərlik edir. Henrik Kroner milliyətcə hollanddır. O, alman, holland, ingilis və fransız dillərini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR