Bank Of Baku

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə Dubayda bayram tədbiri keçirilib - FOTO

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə Dubayda bayram tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 03 noyabr 2012 08:13 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA. Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə Dubayda bayram tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbir Türkiyənin Dubaydakı baş konsulluğu və Türk İş Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Bayram tədbirində Dubayın dövlət rəsmiləri, diplomatlar, türk icmasının üzvləri ilə yanaşı Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov da iştirak edib.

Tədbir çərçivəsindən Samir İmanov Türkiyənin Dubaydakı baş konsulu Əlif Ülgən və Türk İş Şurasının sədri Harkan Bahçeci ilə görüşüb. O görüşdə Azərbaycan diasporu adından Türkiyə dövlətini və xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurların əldə edilməsini arzu edib. Qarşı tərəf də öz növbəsində “Azərbaycan” cəmiyyətinin BƏƏ-dəki Türkiyə rəsmi təmsilçiliyi və icma təşkilati ilə on ildən artıq davam edən əməkdaşlığını yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR