Bank Of Baku

GAMOH lideri Mahmudəli Çöhrəqanlı Türkiyəyə buraxılmayıb

GAMOH lideri Mahmudəli Çöhrəqanlı Türkiyəyə buraxılmayıb
# 03 noyabr 2012 17:13 (UTC +04:00)
Bu barədə APA-ya M. Çöhrəqanlı ilə Türkiyəyə gələn oğlu Alparslan Çöhrəqanlı məlumat verib.

Oğul Çöhrəqanlının dediyinə görə, bu gün günortadan sonra atası ilə birlikdə Münhen-Ankara təyyarəsi ilə Ankaradakı Esenboğa aeroportuna eniblər.

Ata-oğlu əvvəlcə Türkiyəyə giriş vizası alıblar, lakin sərhəd-keçid məntəqəsində isə oğlu Çöhrəqanlı Türkiyəyə buraxılsa da, Mahmudəli Çöhrəqanlının ölkəyə girişinə icazə verilməyib.

GAMOH lideri artıq gəldiyi təyyarə ilə geriyə, Münhenə göndərib.

Qeyd edək ki, Ankaradakı Esenboğa aeroportunda GAMOH liderini qarşılamaq üçün Cənubi Azerbaycandan olan xeyli fəal toplaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR