Ukraynanın Nikolayev şəhərində azərbaycanlı uşaqlar üçün xüsusi sinif fəaliyyətə başlayıb - FOTOSESSİYA
APA-nın məlumatına görə, şəhərin mərkəzindəki 42 saylı orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə məktəbin şagirdlərindən 25-dən yuxarı Ukrayna vətəndaşı olan azərbaycanlı uşaqlara həftə sonu iki gün Azərbaycanla bağlı fənlər tədris olunur.
Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri – şənbə və bazar günləri keçirilir. Bu sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir. Ümumilikdə 1000 nəfərdən çox şagirdi olan məktəbdə 42 azərbaycanlı uşaq oxuyur. Məktəbdə təşkil olunan Azərbaycan dilli sinifdə azərbaycanlı şagirdlərin xüsusi məşğələlərə qoşulması könüllüdür və ola bilsin ki, gələcəkdə sinifdəki uşaqların sayı daha da artsın: “Məqsədimiz yarım milyondan çox əhalisi olan Nikolayevdə yaşayan 17 minə yaxın Ukrayna vətəndaşı olan azərbaycanlılar arasında Azərbaycan dili və Azərbaycan tarixinin unudulmamasıdır. Buradakı azərbaycanlıların tam əksəriyyəti uzun illərdir burada yaşayır və onların ailələrində doğulan uşaqların çoxu Azərbaycanı görməyib. Bu səbəbdən hesab edirəm ki, məktəbdə təşkil olunan bu sinif buradakı biz azərbaycanlılar arasında Azərbaycançılıq irsinin yaşadılmasında yardımçı olacaq”.
Sinifdə Azərbaycan dili və tarixindən başqa milli adət-ənənələr, Azərbaycanın dahi şəxsiyyətləri barədə məlumatlar mütəmadi olaraq uşaqlara çatdırılır. Məktəbin qeyd olunan sinif yerləşən hissəsində Azərbaycanın tarixi, ədəbiyyatı və milli bayramları ilə bağlı fotoşəkillər, stendlər, o cümlədən Heydər Əliyevin fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilib. Nikolayevdəki Heydər Əliyev Cəmiyyəti 2010-cu ildə azərbaycanlı iş adamları Y.Alıyev, Anar Axundov və Kamran Həsənov tərəfindən yaranıb və ermənilərin də daha çox yaşadığı bu şəhərdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsində fəallıq göstərir. A.Axundov eyni zamanda Ukrayna dövləti tərəfindən yaradılan Azsaylı Xalqlar Birliyinin Nikolayev üzrə sədridir.
Heydər Əliyev Cəmiyyətinin sədri Y.Alıyev bildirib ki, yaxın zamanlarda şəhərin mərkəzi küçələrindən birinə “Azərbaycan” adının verilməsi üzərində çalışılır. Cəmiyyət Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə sıx əməkdaşlıq göstərir.
UAK sədri Rövşən Tağıyev deyib ki, Nikolayevdəkinə bənzər kiçik siniflər Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovsk, Kiyev və Simferopol şəhərlərində də fəaliyyətə başlayıb. UAK sədri təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb etməkdə passivlik göstərirlər: “Buna baxmayaraq, Ukraynanın digər azərbaycanlılar yaşayan bölgələrində də bu cür siniflər açılacaq. Dərs ləvazimatları da konqresin həmin şəhərlərdəki nümayəndələri tərəfindən Azərbaycandan gətirilərək təmin olunur. Məqsəd Ukrayna vətəndaşlığı olan Azərbaycan ailələrində doğulan uşaqların mütəmadi olaraq Azərbaycanla bağlı məlumatlandırılmasıdır”.
Xəbər Lenti
Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə birjasında təbii qazın dəyəri artıb
“Brent” markalı neft ucuzlaşıb
Çində binada yanğın nəticəsində 14 nəfər ölüb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək