Bank Of Baku

ASAIF Böyük Britaniya Parlamentinin İcmalar Palatasında təşkil olunan tədbirdə təmsil olunub

ASAIF Böyük Britaniya Parlamentinin İcmalar Palatasında təşkil olunan tədbirdə təmsil olunub
# 06 noyabr 2012 11:47 (UTC +04:00)
Bakı-APA. ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) Böyük Britaniya Parlamentinin İcmalar Palatasında təşkil olunan tədbirdə təmsil olunub. ASAIF-dən APA-ya verilən məlumata görə, tədbirdə iqtidarda olan hakim Konservativ Partiyanın London Millət Vəkili David Burrowes, Britaniyanin sabiq Müdafiə Naziri Liam Fox və digər Britaniyalı rəsmilər və seçicilər də iştirak ediblər.

Tədbirdə ASAIF-in sədri Ramin Həkimov və təşkilatın Britaniyadakı aktiv üzvlərindən olan Həsən Həsənli iştirak ediblər.

Görüşdə ASAIF və onun fəaliyyəti, gördüyü işlər, olan layihələr və keçiriləcək layihələr haqda məlumat verildi və bir çox digər məsələlər müzakirə olunub.
Daha sonra isə tədbir, iştirakçıların, o cümlədən ASAIF təmsilçilərinin İcmalar Palatasında baş tutan ictimai debatı izləmələri ilə sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR