Bank Of Baku

“Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

“Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
# 10 mart 2013 11:23 (UTC +04:00)

Bakı – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilib. Dövlət komitəsindən APA-ya verilən xəbərə görə, müşavirədə bəyanat qəbul olunub.

 

Bəyanatda Azərbaycanda yürüdülən uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail olunduğu qeyd edilib. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanıb.
 

Bəyanatda Azərbaycanın daxili siyasətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunub: “Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan bəzi diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışırlar. Bu cür təşəbbüslər Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur”.
 

Sənəddə deyilir ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna inanır: “Biz inanırıq ki, bu il keçiriləcək prezident seçkiləri Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək, ölkəmizin iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində böyük nailiyyətlərə imza atmış İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Biz bu siyasətin müasir dövrün mürəkkəb geosiyasi və qlobal iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz inkişaf yolu olduğuna qəti şəkildə əmin olduğumuzu xüsusi vurğulamaq istəyirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR