Bank Of Baku

“AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub

“AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub
# 21 yanvar 2013 10:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub. Bu barədə APA-nın Moskva müxbirinə “AzərRos”un prezidenti Söyün Sadıqov məlumat verib. O, qurultayın yanvarın 25-də Moskvanın “Prezident” otelində keçiriləcəyini söyləyib.

 

S. Sadıqov “AzərRoss” prezidentliyinə Abbas Abbasovun namizədliyini irəli sürdüklərini söyləyib: “Hələlik yeganə namizəd Abbas Abbasovdur. Qurultayda “AzərRoss”-un Rəyasət Heyəti və prezidenti seçiləcək. Qurultayda təşkilatın Nizamnaməsinə dəyişiklik edilməsi də gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR