Bakı. Ramil Məmmədli - APA. “Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında ölkədə fəaliyyət göstərən bir qrup gəncin iştirakı ilə keçirilən toplantıda Azərbaycanın milli problemləri müzakirə edilib.
DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycan gəncliyi milli məsələlərə laqeyd ola bilməz: “Dünyada azərbaycanlılar qədər dərdi, bəlası olan xalq yoxdur. Bu xalqın gəncliyinin yatmağa haqqı yoxdur. Qul olmaqdan asan bir şey yoxdur. Ancaq azad yaşamaq və yaratmaq çox çətindir. SSRİ zamanında yazırdılar ki, bu millət 200 ildir ayrı yaşayır və artıq iki başqa xalqdır”.
S.Rüstəmxanlı DAK-ın milli məfkurənin təbliğində DAK-ın rolu haqqında da danışıb: “Dünya Azərbaycanlıları Konqresi bu mənada yaşamalıdır. DAK həm də dünya türklüyünə bir körpüdür”.
S. Rüstəmxanlı çıxışında ədəbi mühit, cəmiyyətin qarşısında duran problem haqda da danışıb.
Tədbir müzakirələr, gənclərlə debat şəklində davam etdirilib.