Mərkəzdən APA-ya verilən məlumata görə, “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” BMT-nin əsasında duran dəyərlərə bağlı, yüksək mənəvi prinsipləri təcəssüm edən, demokratik dəyərlərə sadiq tanınmış fərdlərdən ibarət Jüri tərəfindən seçilərək hər il təqdim olunacaq.
Jüriyə Ülyahəzrət Kraliça Nur (Fəxri Sədr), İsmail Serageldin (İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti), Vaira Vike-Freiberga (Latviya Respublikasının sabiq prezidenti), Walter Fust (GlobalEtik.org prezidenti, YUNE
Jürinin ilk toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçiriləcək.