Bank Of Baku

"Milyarderlər İttifaqı"nın Avropa təmsilçisi kim olacaq və olacaqmı? - APA TV

"Milyarderlər İttifaqı"nın Avropa təmsilçisi kim olacaq və olacaqmı? - <span style="color: red;">APA TV
# 06 aprel 2013 10:07 (UTC +04:00)

Bakı - APA TV. "Azərbaycanın müstəqilliyinə, milli maraqlarına xələl gətirə biləcək istənilən yerdə mənim olmağım mümkün deyil". Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının Avropa təmsilçisi kimi adı hallanan Elman Mustafazadə APA TV-yə belə deyib. "Avropada Azərbaycanın Dostları” cəmiyyətinin sədri olan və 23 ildir ki, Hollandiyada mühacirət həyatı yaşayan Mustafazadə bildirib ki, bu təklif ona ilk dəfə hələ ötən ilin dekabrında edilib: "Mənə təklif olundu ki, təşkilatın Avropa təmsilçisi olum. Bu il isə onlar Avropaya gələndə yenidən bu təklifə qayıtdıq. Bu gün də məni Moskvaya dəvət ediblər. Biletimi də alıblar".

 

“Milyarderlər İttifaqı"nın üzvü, "Azerros"un fəxri prezidenti Söyün Sadıxov isə Elman Mustafazadə adlı şəxsi tanımadığını və belə bir təklifin ittifaq çərçivəsində

 müzakirə olunmadığını iddia edir: "Hamısı yalandır. Belə bir adamı Moskvaya dəvət etməyiblər, bəlkə də özü gəlir. Bu barədə Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqında heç kəsin xəbəri yoxdur".

 

Elman Mustafazadə isə deyir ki, Söyün Sadıxovun bu məsələdən xəbərsiz olması o demək deyil ki, o yalan danışır: "Vacib deyil ki, birinci və ya ikinci şəxs, əsas təşkilatın özüdür. Məni dəvət etdilər. Tahir bəy dedi ki, gəl, səninlə söhbətimiz var. Bilirəm ki bu posta namizədlər çoxdur. Avropanın özündən də təmsilçi olmaq istəyənlər var. Təşkilatın yüksək səviyyəsində olan imkanlı insanların da Avropada yaxın adamları var.

 

Kimin haqlı kimin haqsız olması Moskvaya yollanan Elman Mustafazadənin yeni təyinatı ilə bağlı xəbərdən sonra məlum olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR