Bank Of Baku

ABŞ-da yaşayan azərbaycanlılar Ağ Evin rəsmi səhifəsində Xocalı Soyqırımının tanınması məqsədilə petisiya yerləşdirib

ABŞ-da yaşayan azərbaycanlılar Ağ Evin rəsmi səhifəsində Xocalı Soyqırımının tanınması məqsədilə petisiya yerləşdirib
# 30 yanvar 2013 09:06 (UTC +04:00)

 

Bakı-APA. Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.     

Petisiyada "Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə bildirilir.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq" ("We the People") səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.

 

Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Qeyd edək ki, Amerika Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması istiqamətində məktub kampaniyası keçirir. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və KİV nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR