Bank Of Baku

ABŞ-dakı türk və Azərbaycan diasporları Çak Hegelin müdafiə naziri təyin edilməsi üçün Senata məktub göndərib

ABŞ-dakı türk və Azərbaycan diasporları Çak Hegelin müdafiə naziri təyin edilməsi üçün Senata məktub göndərib
# 04 fevral 2013 09:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə və Azərbaycanın ABŞ-dakı diaspor qurumları Respublikaçılar Partiyasından olan Çak Hegelin müdafiə naziri təyin edilməsini dəstəkləmək məqsədilə Senata məktub göndərib.

 

APA-nın məlumatına görə, Türk Amerikan Dərnəkləri Assambleyası, Türk Amerikan Dərnəkləri Federasiyası, Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan-Amerika Şurası tərəfindən təşkil olunmuş məktub kampaniyasında senatorlar türklərin güclü müdafiəçisi olan Hegelin müdafiə naziri kimi təsdiqlənməsinə çağırılır.

 

Qeyd edək ki, Hegel 1915-ci il hadisələri ilə bağlı Türkiyəni dəstəkləmə mövqeyindən çıxış edir. Bu hadisələrin tarixçilər tərəfindən araşdırılmasını vacib hesab edən Hegel bu görüşləri səbəbindən erməni diasporu tərəfindən hər zaman boykot edilir. Türk və Azərbaycan diaspor üzvləri tərəfindən senatorlara göndərilən məktublarda Hegelin siyasi karyerası boyunca ABŞ-ın Türkiyə və Azərbaycana yönəlmiş siyasətini dəstəklədiyi, ABŞ-dakı erməni diasporunun təsirinə düşməyərək ABŞ-ın Azərbaycan etdiyi yardımların kəsilməsinə qarşı çıxdığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR