Bank Of Baku

Almaniyada Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd edilib

Almaniyada Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd edilib
# 10 dekabr 2012 10:59 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı-APA. Berlin Ədəbiyyat Evində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş anım gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbir  Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi tərəfindən, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyi və “Avrokafqaz” elmi-mədəni institutunun dəstəyi ilə təşkil olunub. Tədbirdə qeyd edilib ki, Mirzə Ələkbər Sabir alman oxucularına ilk dəfədir təqdim olunur. Azərbaycanın görkəmli şairinə həsr olunmuş tədbir Almaniyada bir dəfə - 15 il bundan əvvəl keçirilib.


Tədbirdə Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev, Humboldt Universitetinin kafedra müdiri, professor Eva-Mariya Aux və digərləri çıxış ediblər.

Tədbirin sonunda yerli diasporun nümayəndəsi Məmmədəli Hüseynli Mirzə Ələkbər Sabirin bir necə poemasını oxuyub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR