Bank Of Baku

Berlində Azərbaycana dair müzakirələr aparılıb

Berlində Azərbaycana dair müzakirələr aparılıb
# 08 oktyabr 2013 08:23 (UTC +04:00)

Bakı-APA. Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun birgə  əməkdaşlığı ilə  təşkil edilmiş “Azərbaycan - son on  ildə baş verən iqtisadi və ictimai inkişaf” adlı tədbirdə Azərbaycanda gedən proseslərə nəzər salınıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmailova açaraq bildirib ki, ötən on il ərzində  Azərbaycan rəhbərliyinin apardığı  uzaqgörən  siyasət nəticəsində ölkəmiz bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında mövqeyi güclənib. Qərblə şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq, Avropa məkanına uğurla inteqrasiya edir. Ötən dövrdə Azərbaycanın dövlət səviyyəsində yeridilən  həm xarici siyasəti, həm də  xaricdə yaşayan azərbaycanlılarla diaspor siyasəti dünya azərbaycanlıları tərəfindən də rəğbətlə qarşılanır.

 

Tədbirdə Berlin Azad Universitetinin əməkdaşı Matias Dornfeldtin “Azərbaycan -  son on  ildə baş verən iqtisadi və ictimai inkişaf“ mövzusunda mühazirə ilə çıxış edib. Sərbəst müsahibə şəklində aparılan mühazirə əsnasında M.Dornfeldt Azərbaycanın bütün sahələrində gedən inkişaf prosesinə toxunub. Tədbirdə Alman ictimaiyyəti və Azərbaycan diaspor nümayəndələri Matias Dornfeldə müxtəlif suallar ünvanlayıb. Tədbiri idarə edən Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani qonağa Azərbaycanla bağlı maraqlı fikirlərinə görə təşəkkürünü bildirib.

 

Qeyd olunub ki, M.Dornfeldt son illərdə müxtəlif qeyri-hökumət qurumlarının xətti ilə Azərbaycanda olub.

 

Azərbaycana dair müzakirələrdə Almaniya Bundestaqının üzvləri və əməkdaşları, Almaniyadakı Azərbaycan Səfirliyinin,  Almaniya  və türk  mediasının nümayəndələri, Berlindəki Azərbaycan diasporunun üzvləri iştirak edib.

 

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara Azərbaycana dair fotolar nümayiş etdirilib və Azərbaycan musiqisi səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR