Bank Of Baku

Amerika Yəhudi Komitəsinin Dallas bölməsinin toplantısı keçirilib - FOTO

Amerika Yəhudi Komitəsinin Dallas bölməsinin toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 22 iyun 2013 09:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Amerika Yəhudi Komitəsinin Texas ştatının Dallas bölməsinin toplantısında Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

 

Toplantının qonağı olan Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov tədbir iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib. Uzun əsrlərdən bəri Azərbaycanda hökm sürən dözümlülük ənənələri iştirakçıların diqqətinə çatdırılıb. Din, dil və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan əhalisinin qarşılıqlı anlaşma içərisində yaşadığı vurğulanıb.

 

Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri haqqında danışarkən F.İsmayılov bu münasibətlərin çoxşaxəli xarakter daşıdığını və onların yüksələn xətlə inkişaf etdiyini göstərib və mövcud əməkdaşlığın xalqlar arasındakı möhkəm dostluğa və eləcə də məhsuldar ticarət və iqtisadi əlaqələrə söykəndiyini qeyd edib. Azərbaycan əsgərlərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdikləri və müttəfiq qüvvələrin Əfqanıstanla nəqliyyatının təmin edilməsində Azərbaycanın mühüm rol oynadığı önə çəkilib.

 

Toplantıda həmçinin Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu barədə məlumat verilib, gələcək perspektivlər ifadə olunub.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Məruzənin ardınca iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin 2 iyun tarixində Vaşinqtonda keçirilmiş İllik Qlobal Forumunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. 1906-cı ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatında, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR