Bank Of Baku

ASAIF nümayəndəsi Azərbaycanın Avstraliyadakı səfiri ilə görüşüb - FOTO

ASAIF nümayəndəsi Azərbaycanın Avstraliyadakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 09:06 (UTC +04:00)

Bakı - APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Avstraliyadakı koordinatoru Rəşad Həsənov bir qrup gənclə birlikdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovla görüşüb.

 

ASAIF-dən APA-ya verilən məlumata görə, görüşdə ASAIF-in  fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən son layihələr  haqqında məlumat verilib, ASAIF-in planları ətrafında fikir mübadiləsi aparılıb.

 

ASAIF-in işini yüksək qiymətləndir Rövşən Cəmşidov azərbaycanlı gənclərin şəbəkələşməsi, Qarabağ probleminin Avstraliya ictimaiyyətinə çatdırılması, ölkəmizin tanıdılması istiqamətində məsləhətlər verib, səfirliyin bu istiqamətdə ASAİF-ə hər cür yardım edəcəyini bildirib. Görüşdə ASAIF ilə birgə həyata keçiriləcək layihələr, əməkdaşlıq yolları müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR