Bank Of Baku

Avropa ölkələrində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib - FOTOSESSİYA

Avropa ölkələrində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2013 08:30 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Berlin (Almaniya) şəhərində iki il əvvəl yaradılan “Almaniyadakı Türk-Azərbaycan Birliyi”nin bir modelinin də Hessen və Ren Pfalz əyalətini əhatə etməklə Frankfurtda qurulmasına dair işlərə başlanıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə qərar  Frankfurtda keçirilən Xocalı soyqırımı qurbanlarının 21-ci ildönümünə həsr olunmuş tədbirdə açıqlanıb.

 

Qərara alınıb ki, hər iki diasporun təmsilçiləri hazırlıqlardan sonra əməli işlərə keçsin, türk və Azərbaycan cəmiyyətlərinin marağında olan vacib məsələlərdə Almaniya ictimaiyyətində təbliğat aparılsın və tərəfdarlar qazanmaq üçün işlər görülsün.

 

Ukraynanın Xarkov şəhərində təhsil alan azərbaycanlı tələbələr və “Dostluq” mərkəzinin yetirmələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbiri açan Xarkov Dostluq Cəmiyyətinin sədri Murad Ömərov gəncləri Azərbaycan xalqının başına gətirilən faciələri heç vaxt unutmamağa çağırıb. Tədbirdə çıxış edənlər Xocalı faciəsini XX əsrin görünməmiş dəhşətli soyqırımı, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə adlandırıb, Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi və hüquqi qiymət verməsinin vaxtının gəlib çatdığını vurğulayıblar.

 

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalı soyqırımi” sənədli filmi nümayiş etdirilib.

 

İsveçrənin Baden şəhərində isə "Azərbaycanın dostları" birliyi və Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib. Gecə Xocalı və bütün Qarabağ şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vahid Mustafayevin Xocalı soyqırımından bəhs edən "Xoca" filmi nümayiş olunub.

 

İslandiyanın Akureyri şəhərində və ətraf rayonlarda yaşayan həmyerlilərimiz də Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Tədbir Xocalı şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra tədbirin təşkilatçısı “Azəri” cəmiyyətinin sədri Zakir Con Həsənov iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının yaşadığı acılar haqqında məlumat verib. Bildirib ki, erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklər, bir gecədə bütün şəhəri yer üzündən silməsi, 600-dən çox insanı qəddarlıqla qətlə yetirməsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək.

 

Niderlandın üçüncü böyük şəhəri və hökumətin iqamətgahının yerləşdiyi Haaqa şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan Gənclər Cəmiyyətinin, o cümlədən Azərbaycanın hollandiyalı dostu Gert Van Damın birgə hazırladığı Xocalı heykəli önündə təşkil edilən tədbirdə Xocalı faciəsini əks etdirən CD-lər, broşürlar paylanıb.

 

Şimali Kipr Azərbaycan Kültür Mərkəzi, Qəzetçilər və Yazarlar Birliyi, Rauf Denktaş Düşüncələrini  Yaşatma Dərnəyi və YDU Azərbaycanlı Tələbələr Birliklərinin təşkil etdiyi yürüşdə Kipr parlamentinin, Azərbaycanda, Türkiyədə və Kiprdə fəaliyyətdə olan dərnəklərin nümayəndələri, Kipr universitetlərinin tələbələri iştirak edib. Xocalı həqiqətlərini dünyaya tanıtmaq məqsədilə keçirilən yürüşdən sonra Türk Şəhidləri abidəsi  önündə anım mərasimi baş tutub. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni və Türkiyənin İstiqlal marşı səslənib. Tədbir daha sonra iştirakçıların çıxışları ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR