Bank Of Baku

Azərbaycan-Amerika Alyansı ABŞ-da Xocalı soyqırımını tanıtım kampaniyasını davam etdirir - FOTO

Azərbaycan-Amerika Alyansı ABŞ-da Xocalı soyqırımını tanıtım kampaniyasını davam etdirir - <span style="color: red;">FOTO
# 26 fevral 2013 12:14 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, Anar Məmmədovun təsis etdiyi Azərbaycan Amerika Alyansının (www.azerbaijanamericaallliance.org) təşkilatçılığı ilə “XOCALI - Azərbaycana qarşı bəşər faciəsi” başlığı altında yüzlərlə məlumat Vaşinqtondakı “National Mall” və “Union Station”, Nyu-Yorkdakı “Washington” və “Times Square”də işıqlandırılır.

 

Ətraf şəhərlərlə birlikdə əhalisinin sayı 20 milyona çatan Nyu-Yorkda bu səpkili kampaniyanın keçirilməsi və müəyyən mənada maraq doğurması seçilmiş təbliğat üsulunun düzgünlüyündən xəbər verir.

 

Alyansın təsisçisi Anar Məmmədov artıq ikinci ildir keçirilən kampaniyanın əhəmiyyətini vurğulayıb: “Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının ABŞ-da tanıtım kampaniyası bu il ötən il olduğundan da geniş miqyas aldı. Məqsədimiz hamının anladığı, qəbul etdiyi tərzdə ölkəmizin həqiqətlərinin çatdırılmasıdır. Bir gecədə 600-dən çox günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi və bir kəndin bütövlükdə yerlə-yeksan edilməsi indiyə kimi dünya tarixində yer alan ən böyük cinayətlərdən biridir. Bunu milli mənsubiyyətindən, sosial vəziyyətindən və yaşadığı ölkədən asılı olmayaraq hər kəs bilməli və tanımalıdır”.

 

Kampaniya günlərində həm də Amerika ictimaiyyətinin, siyasətinin məşhur simaları - konqresmen Den Börton, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza, Qara Dəniz proqramının rəhbəri Mamuka Tsereteli faciənin miqyasından danışıb.

 

Nyu-Yorkun Manhetten rayonunun həm coğrafi, həm də strateji baxımdan mərkəzi hesab olunan Tayms meydanı ən çox reklam, elan yerləşdirilən nöqtədir. Burada iri monitorlarda nümayiş olunan çoxsaylı və geniş səpkili reklamlar içərisində Xocalı həqiqətləri hər 15 saniyədən bir nümayiş olunub. Hər kəsi bu faciəni tanımağa dəvət edən reklam posteri sakinlərin diqqətini cəlb edib.

 

Mərkəzi küçələr, dayanacaqlar, Nyu-Yorkda BMT qərargahı yanında həkk olunan posterlər sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsi bir anlıq da olsa, faciənin dəhşətləri haqda düşünməyə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR