Bank Of Baku

Azərbaycan-Amerika təşkilatlarının liderləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüblər

Azərbaycan-Amerika təşkilatlarının liderləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüblər
# 15 yanvar 2013 06:53 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsi, Amerika-Azərbaycan arasında sosial-mədəni əlaqələrin inkişafı və uğurlu ikitərəfli əlaqələr öz əksini tapıb.

 

Görüş zamanı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın, xüsusilə Barak Obamanın yeni administrasiyasının və  bu ay yeni təyin olunmuş dövlət katibi Con Kerrinin daha fəal iş aparacağına ümidvar olduqlarını ifadə ediblər.

 

Təşkilatların rəhbərləri işğal olunmuş Dağlıq Qarabağa ABŞ-ın birbaşa  yardımı və  bu məsələ barədə senator Robert Menendez və Barbara Boxerin qərəzli mövqeyindən narahatlıqlarını ifadə edib, 907-ci düzəlişin tezliklə ləğv olunacağına ümid etdiklərini  bildiriblər.

 

İkitərəfli əlaqələrin inkişafına  Azərbaycan-Amerika Cəmiyyətini cəlb etmək üçün yeni üsullara da toxunulub. Amerika Azərbaycan Şəbəkəsinin(USAN) nümayəndəsi Bədir Məmmədli ABŞ-dakı Azərbaycan diasporunun maarifləndirilməsi istiqamətində geniş təbliğat və siyasi fəaliyyətlə məşğul olan USAN-nın  rolu barədə səfir Morninqstara məlumat verib. Cənab Morninqstar təşkilata göstərdikləri səylərə görə təşəkkürünü bildirib və yaxın gələcəkdə Azərbaycan-Amerika Cəmiyyətinin  nümayəndələri ilə görüşə  ümidvar olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR