Bank Of Baku

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər
# 10 dekabr 2012 20:36 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Böyük Britaniyanın paytaxtı Londonda dekabrın 9-da  Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya GAİP-in Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib. 

O bildirib ki, aksiya Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 67-ci ildönümünə həsr olunub: “Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşdılar. Aksiya iki saat davam etdi. Nümayişçilər “And olsun Səttarxana, Od salarıq Tehrana!”, “Quzey, Güney bir olsun, İran, gözün kor olsun!”, “Ölüm olsun fars şovinizminə!” kimi milli və siyasi məzmunlu şüarlar səsləndirdilər. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin azadlığa buraxılmasını, orada yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını tələb etdik”. 


İnsidentsiz keçən piketin sonunda bəyanat oxunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR