Bank Of Baku

Belçika Federal Parlamentinin Xarici İşlər və Müdafiə komitələrinin üzvü: “Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik ölkədir” - FOTO

Belçika Federal Parlamentinin Xarici İşlər və Müdafiə komitələrinin üzvü: “Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik ölkədir” - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 13:04 (UTC +04:00)

Bu ölkənin geostrateji və geosiyasi əhəmiyyətindən başqa, onun əhalisi Cənubi Qafqazdakı digər dövlətlərlə müqayisədə Avropa ilə inteqrasiyaya daha çox can atır. Bu səmimilik doğurdan da qeyri-adidir və ölkəyə Avropa və dünya ilə sıx əməkdaşlıq üçün geniş imkanlar vəd edir”.

 

APA-nın məlumatına görə, Bu sözləri Belçika Federal Parlamentinin (Nümayəndələr Palatası), Xarici İşlər və Müdafiə komitələrinin üzvü Filip Blanchart (Philippe Blanchart) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) suallarını cavablandırarkən deyib.

 

F. Blanchartın fikrincə, Azərbaycanın özəlliyi ondadır ki, o, mədəni müxtəliflik və dini dözümlülük prinsiplərinə sadiq qalan bir dövlətdir: “Sözsüz ki, bizim qarşımızda zəngin mədəni irsə və azad fikirli ruha sahib dünyəvi bir dövlət dayanıb.

 

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı bütün dünya üzrə ən yaxşı göstəricilər göstərən iqtisadiyyatlardan biri olmuşdur. Azərbaycan yaxın gələcəkdə də Avropa üçün mühüm iqtisadi oyunçu mövqeyində qalmaqda davam edəcək. Bu iqtisadi temp  beynəlxalq demokratik dəyərlərə əsaslanan cəmiyyətin qurulması prosesinin davam etdirilməsində çox vacibdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR