Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresi  20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət edib 

Benilüks Azərbaycanlıları Konqresi  20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət edib 
# 10 yanvar 2013 03:12 (UTC +04:00)

 

Bakı-APA. Benilüks Azərbaycanlıları Konqresi  20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət edib.

 

Benilüks Azərbaycanlıları Konqresindən APA-ya verilən xəbərə görə,  Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına ünvanlanmış müraciətdə deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub.


Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

 

Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR