Bakı. Şamil Əlibəyli – APA. Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” İctimai Birliyi Bişkekdə hesabat-seçki iclası keçirib.
APA-nın “knews.kg” saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin, Qırğızıstanda Yaşayan Xalqların Assambleyasının, diaspor və icmaların nümayəndələri də iştirak ediblər.
Təşkilatın qərarı ilə “Azəri” İB-nin yeni İdarə Heyəti seçilib. Təşkilatın prezidenti postuna isə Qırğızıstanın əməkdar hüquqşünası, respublika Baş Prokurorluğunun fəxri işçisi Əziz Əliyev seçilib.
“Azəri” İB-nin yaydığı bəyanatda bildirilir ki, yeni seçilmiş prezident və İdarə Heyətinin üzvləri qarşıda duran bütün tapşırıqları yerinə yetirəcək, Azərbaycan-Qırğızıstan əlaqələrinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.