Bank Of Baku

Danimarkalı deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı bu ölkənin parlamentinə etiraz məktubu ünvanlanıb

Danimarkalı deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı bu ölkənin parlamentinə etiraz məktubu ünvanlanıb
# 13 sentyabr 2013 09:15 (UTC +04:00)

Bu barədə Danimarka "Vətən" Cəmiyyəti adından Danimarka Parlamentinin spikeri Mogens Lykketofta , Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova və Danimarka Parlamentinin millət vəkillərinə ünvanlanan etiraz məktubunda qeyd olunub.

 

Cəmiyyətdən APA-ya verilən məlumata görə, məktub Danimarka Parlamentinin üzvlərinin, bu ölkədən olan jurnalistlərin Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərə səfərlərinə, orada keçirdikləri görüşlərə etiraz olaraq yazılıb.

 

Məktubda daha sonra deyilir: “BMT, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan qətnamələri mövcuddur. Danimarkalı parlamentariləri bu təşkilatların, eləcə də Azərbaycan dövlətinin maraqlarına hörmətlə yanaşmağa çağırır və  bildiririk ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərinə belə səfərlər beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, yanaşı bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etdirir və onu beynəlxalq hüququn prinsiplərinə zidd olaraq şübhə altına alır. 1988-ci ildə Ermənistan Respublikasının ərazi iddiası ilə başladığı müharibə Azərbaycan torpaqlarının 20 faizinin (Dağlıq Qarabağ və ətraf rayonlarım) işğalı ilə nəticələndi. Erməni quldurlarının işğal etdikləri rayonlarda, eləcə də 1992-ci ilin fevral ayında Xocalıda törətdiyi qətliamlar nəticəsində yüzlərlə yerli günahsız sakin qəddarlıqla qətlə yetirib və itkin düşüb.

 

Hazırda danimarkalı parlamentarilərin belə bir quldur rejimin rəhbərliyi ilə görüşlərə qatılmasını münaqişə qurbanlarının, qətlə yetirilmiş minlərlə dinc sakininin ruhuna, Azərbaycanın maraqlarına hörmətsizlik kimi qiymətləndiririk və hesab edirik ki, bu addım xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət etmir və Azərbaycan Respublikası ilə Danimrka arasında siyasi münasibətlərə mənfi təsir göstərə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR