Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İran səfirini qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İran səfirini qəbul edib
# 01 dekabr 2012 12:19 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

 

M. Pak Ayin İranın birtərəfli qaydada Azərbaycan vətəndaşlarına qarşı viza tətbiqini ləğv etməsini Azərbaycan vətəndaşlarının turizm və müalicə məqsədli səfərlərinə rahatlıq yaratmaq istiqamətində müsbət bir addım kimi qiymətləndirib.

 

N. İbrahimov isə öz növbəsində iki qonşu ölkənin xalqları arasındakı əlaqələrin inkişafına toxunaraq, Azərbaycan tərəfinin İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istədiyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR