Bakı. Ramil Məmmədli - APA. “Dünya Azərbaycanlıları Konqresi Təbrizdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin və onun köməkçisi Şamxal adlı şəxsin həbsini pisləyir və bunu İranın növbəti təxribatı adlandırır”. APA-nın məlumatına görə, bu açıqlamanı Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı keçirdiyi mətbuat konfransında deyib.
S.Rüstəmxanlı qeyd edib ki, X.Xalidin müdafiəsinə Azərbaycan Xarici İşlər Nazirliyi qalxmalı və bu məsələ diplomatik xətlərlə araşdırmalıdır: “Bu məsələyə DAK-ın münasibət bildirməsi vəziyyəti gərginləşdirə bilər. Çünki Xalidə Xalid AMEA-nın əməkdaşıdır. Bu mənada öz sahəsində tanınmış alim kimi onun müdafiəsinə AMEA qatılmalıdır”.
Xatırladaq ki, APA-nın “Oyannews”a istinadən məlumatına görə, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (E
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamxal olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.