Bank Of Baku

Fransa-Azərbaycan Ticarət Palatası azərbaycanlıların döyülməsini pisləyən bəyanat yayıb

Fransa-Azərbaycan Ticarət Palatası azərbaycanlıların döyülməsini pisləyən bəyanat yayıb
# 04 mart 2013 13:39 (UTC +04:00)

 

Strasburq. Fuad Qulubəyli - APA. Parisdə fəaliyyət göstərən Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Peren və qurumun vitse-prezidenti Rolan Abiar Fransa Milli Assambleyasının binasında bir qrup erməninin fransalı deputatların iştirakı ilə iki azərbaycanlını döyməsi ilə bağlı qurum adından bəyanat yayıblar. APA-nın Avropa bürosunun xəbərinə görə, qurumun rəhbərləri Fransa parlamentində baş verən bu hadisəni qəbuledilməz təcavüz kimi qiymətləndiriblər.

 

Bəyanatda deyilir: “Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələsi Bürosu təşkilatının “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı konfransında tədbirdə iştirak etmiş biri həmkarımız xanım Mirvari Fətəliyeva olmaqla, Azərbaycan əsilli iki gənc erməni fəalları tərəfindən ağır zorakılıqla üzləşiblər. Belə ki, azərbaycanlı gənclər tədbirdə çıxış etmək istədiklərində, onlara hücum edilib və bu zorakılığa iki fransız millət vəkili ilə yanaşı, zalda oturan şəxslər tərəfindən heç bir reaksiya verilməyib. Dövlət Jandarmeriyası tərəfindən istintaq işi aparılması olayın ciddiliyini göstərir. Xanım Mirvari Fətəliyeva Parisdəki Azərbaycan Evinin sədri olmaqla yanaşı, eyni zamanda Fransa-Azərbaycan Ticarət Palatasının xarici əlaqələr şöbəsinin rəhbəridir. Fransa-Azərbaycan Ticarət Palatası demokratiyanın ali simvolu olan Milli Assambleya binasında baş vermiş və qurumumuzun əməkdaşına qarşı yönəlmiş bu barbarlıq aktını qətiyyətlə pisləyir. Bu kimi hadisələr Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində beynəlxalq qurumların, xüsusən də Fransanın, həyata keçirdikləri və göstərdikləri bütün səylərə ziddir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR