Bank Of Baku

Gürcü jurnalistləri silahlı hücuma məruz qalan Aşağı Qoşakilsə kəndində olublar - FOTOSESSİYA

Gürcü jurnalistləri silahlı hücuma məruz qalan Aşağı Qoşakilsə kəndində olublar   - <span style="color: red;">FOTOSESSİYA
# 21 noyabr 2012 15:59 (UTC +04:00)

 

Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın “Mayestro” televiziyasının jurnalistləri hüquq müdafiəçisi Ramilya Əliyeva ilə birlikdə Bolnisinin Aşağı Qoşakilsə kəndində silahlı basqına məruz qalan Şirinovlar ailəsində olublar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, jurnalistlər kənddə çəkiliş aparıb, basqına məruz qalan ailədən açıqlamalar alıblar. 

 

Ailə başçısı Yasın Şirinov APA-ya açıqlamasında son günlər gecələr polis əməkdaşlarının tez-tez kəndə baş çəkdiklərini, kəndə gələn avtomobillərə nəzarət etdiklərini bildirib: “Hadisədən sonra ailə üzvlərimizin səhhəti bir az yaxşılaşıb. Son günlər sakitlikdir. Lakin biz hələ şokdan çıxmamışıq”.

 

Y. Şirinov hadisədən sonra Aşağı və Yuxarı Qoşakilsə kəndlərinə və Mollaəhmədli kəndinə sahə müvəkkili təyin olunduğunu söyləyib.

 

Hüquq müdafiəçisi Ramilya Əliyeva isə deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri təkcə Azərbaycan mətbuatında yox, eyni zamanda gürcüdilli mediada da qaldırılmalıdır: “Buna görə də bu gün gürcü telekanallarının Kvemo-Kartli bölgəsində baş verən silahlı hücumlarla maraqlanması yaxşı haldır. Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat verib ki, hadisələrin ciddi şəkildə istintaqı başlayıb və yaxın zamanda müəyyən məqamlar aydınlaşdırılacaq. Mən ümid edirəm ki, həmin ailələrə hücum edən 5 nəfərdən ibarət silahlı dəstə yaxın günlərdə tapılacaq və onlar öz layiqli cəzalarını alacaqlar”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR