Bank Of Baku

Gürcüstan azərbaycanlıları bəyanat qəbul ediblər

Gürcüstan azərbaycanlıları bəyanat qəbul ediblər
# 08 may 2013 11:17 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan azərbaycanlılar Heydər Əliyevin 90 illiyinə həsr olunan tədbirdə bəyanat qəbul ediblər. Azərbaycanlıların Mədəniyyət Mərkəzindən APA-nın Gürcüstan bürosuna verilən xəbərə görə, bəyanatda son günlər bəzi kütləvi informasiya vasitələrində Rusiyada yaradılmış “milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun Gürcüstanın azərbaycanlı gəncləri ilə bağlı yaydığı məlumatın Gürcüstanda yaşayan azərbaycanlılar arasında təəssüf və narahatlıq doğurduğu bildirilib: “Gürcüstan azərbaycanlıları öz vətəninin tamhüquqlu vətəndaşı olaraq, dövlətin maddi və mənəvi dəstəyi ilə təhsil, mədəniyyət və s. sahələrdə cəmiyyətə qaynayıb-qarışmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edirlər. Bu, tarixən dostluq və qardaşlıq telləri ilə üzvi şəkildə bir-biri ilə bağlanmış gürcü və Azərbaycan xalqlarının birgə yaşayışında və strateji əməkdaşlığında mühüm amildir. Belə bir məqam bəzi dairələrin məkrli siyasətinə uyğun gəlmir və onlar hər vəchlə buna mane olmağa çalışırlar”.

 

Bəyanatda Gürcüstanda yaşayan azərbaycanlıların həmişə Azərbaycan dövlətinin siyasətini dəstəklədikləri bildirilib: “Milli vətənimiz olan Azərbaycan Respublikasının artan nüfuzu, dünya birliyində sanballı söz sahibinə çevrilməsi biz gürcüstanlıları ürəkdən sevindirir və qürur hissi doğurur. Biz Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, azərbaycançılıq ideyaları ətrafında sıx birləşir və heç zaman “düşmən dəyirmanına su tökülməsinə” imkan verməyəcəyimizi bildiririk”.

 

Qeyd edək ki, bəyanat Gürcüstan azərbaycanlılarının ziyalıları, parlamentin azərbaycanlı deputatları, gənclər və ictimaiyyət nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR