Bank Of Baku

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı vəfat edib

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı vəfat edib
# 07 oktyabr 2013 15:25 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təkəli kənd sakini, Gürcüstan parlamentinin sabiq deputatı Adil Əmircan oğlu Cəfərov vəfat edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A. Cəfərov 1942-ci ildə Təkəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1970-ci illərdə Tiflis Aviasiya Zavodunda çilingər işləyib. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Bolnisi rayon Daxili İşlər Şöbəsində baş inspektor vəzifəsinə təyin olunub. 1975-1983-cü illərdə Marneuli rayon Daxili İşlər Şöbəsində dövlət əmlakını mənimsəyənlərə qarşı mübarizə şöbəsinin rəisi, 1983-1990-cı illərdə Marneuli rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-1994-cü illərdə həmin şöbənin rəis müavini, sonra 1994-2003-cü illərdə Marneuli rayon Daxili İşlər İdarəsinin Sadaxlı şöbəsinin rəisi vəzifələrində işləyib.

 

Adil Cəfərov 1993-2003-cü illərdə daxili işlər orqanlarında qüsursuz xidmətlərinə görə SSRİ, Gürcüstan SSR, Gürcüstan Respublikası dövlətinin orden və medalları ilə təltif olunub. O, 2003-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı olub.

 

A. Cəfərov oktyabrın 6-da anadan olduğu Təkəli kəndində torpağa tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR