Bank Of Baku

Gürcüstanın daxili işlər naziri: “Azərbaycanlıların yaşadığı bölgədə hər gün situasiya yaxşılaşır və stabilləşir” - FOTO

Gürcüstanın daxili işlər naziri: “Azərbaycanlıların yaşadığı bölgədə hər gün situasiya yaxşılaşır və stabilləşir” - <span style="color: red;">FOTO
# 22 yanvar 2013 10:24 (UTC +04:00)

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimatda yaxın gələcəkdə Daxili İşlər Nazirliyinin qısamüddətli strateji planı və 2013-cü il üçün ümumi planı barədə söhbət açılıb. Tədbirdə dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Avropa Şurasının Gürcüstandakı səfiri Filip Dimitrov, Azərbaycan səfirliyinin və digər səfirliklərin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib.

 

Daxili işlər naziri İrakli Qaribaşvili APA-ya açıqlamasında Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə son günlər baş verən kriminogen hadisələri diqqət mərkəzində saxladıqlarını və hadisələrin bir daha təkrarlanmaması üçün ciddi tədbirlər həyata keçirdiklərini bildirib: “Mənim xüsusi tapşırığıma əsasən bütün bölgələrdə polis qüvvələri səfərbər edilib. Mən əsas diqqəti azərbaycanlıların kompakt yaşadığı bölgələrə yönəltmişəm. Çünki son vaxtlar bu bölgədə silahlı qruplaşmalar azərbaycanlı ailələrə hücumlar edərək, cinayətlər törədiblər. Biz bölgədə profilaktik tədbirlər görmüşük və bütün cinayətkarları yaxalamışıq. Bölgədə hər gün situasiya yaxşılaşır və stabilləşir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR