Bank Of Baku

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb
# 08 yanvar 2013 10:40 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Yaxalanın şəxs Dövrüşovların qonşusu, 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanovdur. O, Marneuli rayon Xəstəxanasında müalicə olunan Vəli Dövrüşovu da öldürmək üçün xəstəxanaya gedərkən saxlanılıb. Xəstəxananın yaxınlığında saxlanılan R. Əbdürrəhmanovun üzərində “Valter” tapançası və əl qumbarası aşkarlanıb. O, polisə ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. N. Əbdürrəhmanovu 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

 

Qeyd edək ki, 1989-cu il təvəllüdlü V. Dövrüşov hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR