Bank Of Baku

Hillari Klinton Müştərək Cəmiyyətlər Forumunun Bakıda təşkil etdiyi Yüksək Səviyyədə Toplantısına müraciət göndərib

Hillari Klinton Müştərək Cəmiyyətlər Forumunun Bakıda təşkil etdiyi Yüksək Səviyyədə Toplantısına müraciət göndərib
# 30 avqust 2013 07:01 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klinton Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun sentyabrın 4-6-da Bakıda təşkil etdiyi Müştərək Cəmiyyətlər Forumunun Yüksək Səviyyədə Toplantısına müraciət göndərib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabiq dövlət katibi Cənubi Qafqaz Forumunun yaratdığı şəbəkənin üzvlərinə və qarşıdan gələn toplantı iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırıb.

 

Qeyd edək ki, Müştərək Cəmiyyətlərə dair gerçəkləşən Açıq Cəmiyyət Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunub. Mayın 5-8-də Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda 40-a yaxın ölkənin sabiq dövlət və hökumət başçısı iştirak edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə  çərçivəsində Bakıdan başqa Stokholm, Vaşinqton, Brisbon, Afina, İsgəndəriyyə kimi şəhərlərdə də yüksək səviyyədə silsilə toplantıların keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR