Bank Of Baku

İğdırda qondarma “erməni soyqırımı”na etiraz mitinqi keçirilib - FOTOSESSİYA

İğdırda qondarma “erməni soyqırımı”na etiraz mitinqi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 aprel 2013 11:43 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İğdır vilayətinə səfər edib.

 

BDM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə İğdırda yerləşən soyqırım abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

 

Daha sonra BDM, DAK və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə İğdırın Əlican kəndində Əlican sərhəd-keçid məntəqəsi önündə qondarma “erməni soyqırımı”na etiraz olaraq mitinq keçirilib. Çox sayda sadə vətəndaşın, eləcə də İğdırda və Qarsda fəaliyyət göstərən QHT və diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mitinqdə yalançı “erməni soyqırımı”nın ermənilərin uydurması olduğu bəyan edilərək, 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdiyi soyqırıma diqqət çəkilib.

 

Mitinqdə çıxış edən BDM sədri İsmayıl Ağayev bunun Əlican sərhəd-keçid məntəqəsində keçirdikləri ikinci etiraz mitinqi olduğunu vurğulayıb: “Bu ermənilərə dəfələrlə demişik, yenə də deyirik - Qarabağla, İrəvan bizimdir, əl çəkin bu saxta torpaq iddialarınızdan. İrəvanın sahibi olaraq illərlə bu torpaqları sizə kirayə vermişik. Ancaq artıq bu zaman bitib. Qarabağı azad edəcəyik və növbəti hədəfimiz İrəvan olacaqdır”.

 

Daha sonra çıxış edən ASİM-DER başqanı Göksəl Gülbəy 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri soyqırıma diqqət çəkərək, erməni diasporunun 24 apreldə yalançı “erməni soyqırımı”nı dünyaya sırımağa, özəlliklə Avropa və ABŞ siyasətçilərini sıxışdırıb bunu qəbul etdirməyə çalışmasına etiraz olaraq bu mitinqi keçirdiklərini bildirib: “1915-1918-ci illərdə bu bölgələrdə və 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı görməməzliyə vuran dünya birliyinə səslənirəm. Ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımlara, vəhşiliyə qarşı səssiz qalmayın, türk millətinə qarşı edilən bu haqsızlığa göz yummayın artıq”.

 

Mitinqdə həmçinin akademik Vəli Əliyev, DAK-ın icra aparatının rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM-in Qadınlar Şurasının rəhbəri Yaqut Qarabağlı da çıxış ediblər.

 

Sonda “erməni soyqırımı”na etiraz olaraq Ermənistan prezidenti Serj Sarkisyanın maketi yandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR