Bakı. Anaxanım Hidayətova – APA. Bu gün İstanbulda Türk Şurası Baş Katibliyinin binasında işçi qrupların iclası keçirilib.
APA-nın “Kazinform”a istinadən xəbərinə görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən nəqliyyat, kommunikasiyalar və gömrük nəzarəti sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi işə salındıqdan sonra Qazaxıstan Aktau limanı vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizində öz mövqeyini möhkəmləndirəcək.
İclas Türk Şurasının bu il Azərbaycanda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan sazişinə əsasən beynəlxalq təşkilat kimi yaradılıb. Təşkilatın Katibliyi 16 sentyabr 2010-cu ildən İstanbulda fəaliyyət göstərir.