Bank Of Baku

Kiyev Administrasiyasının rəhbəri: Şəhər Radasına keçiriləcək seçkilərdə azərbaycanlı namizədlərin şansı çoxdur - FOTO

Kiyev Administrasiyasının rəhbəri: Şəhər Radasına keçiriləcək seçkilərdə azərbaycanlı namizədlərin şansı çoxdur - <span style="color: red;">FOTO
# 11 yanvar 2013 09:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) nümayəndələri Kiyev Şəhər Administrasiyasının rəhbəri Aleksandr Popovla görüş keçiriblər. UAK-dan APA-ya verilən məlumata görə, görüş yanvarın 10-da Ukraynanın ilk prezidenti Leonid Kravçukun ad günü tədbirində baş tutub.

 

UAK sədri və Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev və Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə rəhbəri Firudin Məmmədovla A. Popovun görüşündə Kiyevdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəaliyyəti müzakirə edilib. A. Popov Şəhər Radasına keçiriləcək növbəti seçkilərdə azərbaycanlı namizədlərin fəal iştirak etməsini arzulayıb və bildirib ki, onların şansı bu dəfə daha çoxdur.

 

Sonra A. Popov, L. Kravçuk və digər tanınmış şəxslərə “Muğam seçmələri” kitabı, “Heydər Əliyev. Deyilən söz yadigardır” adlı xatirə nəşri hədiyyə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR