Bank Of Baku

Kiyevdə azərbaycanlı alimin yeni elmi layihəsi təqdim olunub - FOTOSESSİYA

Kiyevdə azərbaycanlı alimin yeni elmi layihəsi təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA
# 19 dekabr 2013 17:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Kiyev Milli Linqivistika Universitetində  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə  filologiya elmləri doktoru Rafiq Novruzov və belarusiyalı alim, professor  Anatoli Qirutskinin birgə layihəsi olan “Elm və Din” əsərinin təqdimatı olub. APA-nın məlumatına görə, UAGB-dən verilən məlumata görə, Ukraynanın  elm və təhsil xadimlərinin, diplomatların və ekspertlərin qatıldığı təqdimat mərasimini  Ukrayna  Millətlər Assambleyasının  prezidenti, BUAK sədri  Rövşən Tağıyev açaraq Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı elm və din kitabının  milliyyətindən və dinindən asılı olmayaraq hər bir  insan üçün  böyük maraq kəsb edəcəyini  bildirib.

 

Mərasimdə Kiyev Milli Linqivistika Universitetinin prorektoru İrina Seryakova çıxış edərək, yüksək fəlsəfi, mənəvi fikirlərlə zəngin olan kitabı elmlə dinin vəhdət körpüsü adlandırıb. Belə bir dəyərli monoqrafiyanın  ali təhsil ocaqlarında tədris olunmasının vacibliyini vurğulayıb.

 

Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Asim Osmanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri , siyasi elmlər namizədi  Anar Tahirov, Kiyev Milli Linqvistika Universitetinin hüquq kafedrasının müdiri, professor Aleksandr Merejko, professor Sergey Fatayev, Ukrayna Yəhudi fondunun rəhbəri Arkadiy Monastırskiy, “Rus məclisi”nin sədri Alla Potapova, “SOCAR-Ukrayna” şirkətinin nümayəndəsi Həzi Aslanov və digər elm və ictimai təşkilatların təmsilçiləri çıxış edərək, kitabın ülvi hisslərə və bəşəri duyğulara xidmət etdiyini bildiriblər. Elmi fəlsəfi dəlillərlə zəngin olan kitabın bir çox dillərə tərcümə olunmasının vacibliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR