Bank Of Baku

Məhəmmədrəsul Məcidov: “Amerikalı boksçu nə özü döyüşürdü, nə də mənə imkan verirdi”

Məhəmmədrəsul Məcidov: “Amerikalı boksçu nə özü döyüşürdü, nə də mənə imkan verirdi”
# 23 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı – APA. “Dünya çempionatı artıq bir neçə gündür davam edir. Mən isə yarışda ilk döyüşümü indi keçirdim. Bu da müəyyən qədər psixoloji təsir göstərir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov (91+kq) deyib.

 

Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Almatıda keçirilən mundialda ilk döyüşdə qələbə qazansa da, çıxışından razı qalmayıb.

 

O, Boks Federasiyasının rəsmi saytına açıqlamasında Lenroy Thompsonla görüşünü şərh edib: “Amerikalı rəqibim nə özü döyüşürdü, nə də mənə döyüşməyə imkan verirdi. Bütün görüşü zərbələrimdən qaçmağa çalışırdı. Mən daha baxımlı boks nümayiş etdirmək istəyirdim. Təssüff ki, alınmadı”.

 

Məcidov 1/4 finaldakı rəqibi rusiyalı Maqomed Omarov haqda da fikirlərini bildirib: “Omarov da çox güclü idmançıdır. London Olimpiadasında mən daha yaxşı formada olduğumdan onu məğlub etmişdim. Bu dəfə də kim hazırlıqlı olsa, qələbə qazanacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR