Moskva. Fərid Əkbərov – APA. "Mədəniyyət və İdman İnkişaf Fondu tərəfindən “Azərbaycan – rusiyalı məktəblilər və tələbələrin gözü ilə" Ümumrusiya müsabiqəsinin qalibləri, təşkilatçıları və Rusiyanın müxtəlif regionlarından gələn qonaqların iştirakı ilə tədbir keçirilib. APA-nın Rusiya bürosnun məlumatına görə, Moskva ətrafında yerləşən Ximki şəhərində keçirilən tədbirdə təşkilatçılar adından çıxış edən Azərbaycanlıların Moskva dairəsi üzrə Regional Federal Milli Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev bu layihənin 11 ildir uğurla həyata keçirilirdiyini söyləyib.
Müsabiqə qalibləri bu cür layihənin keçirilməsinə və Azərbaycanda olmaq imkanını onlara verdiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Bu il "Azərbaycan rusiyalı məktəbli və tələbələrin gözü ilə" müsabiqəsinin qalibləri və Azərbaycana səfər etmə imkanı əldə edənlər Moskva ətrafl, Samara, Nıjniy Novqorod, İjevsk şəhərlərinin nümayəndələri olan Natalya Truitova, Leyla Dadaşova, Yekaterina Kartseva, Olesya Smirnov, Alena Kvaratsheliya, Yevgeniy Solovyov, Timur Adıgözəlov, Marina Marseeva və Alina Şarıpovadır.
Bu gün "Azərbaycan – rusiyalı məktəblilər və tələbələrin gözü ilə" Ümumrusiya müsabiqəsinin qalibləri Azərbaycana yollanıblar.